Raqif Abbasov qeyri-olimpiya idman növləri federasiyalarının şikayətinə münasibət bildirdi - ÖZƏL

Raqif Abbasov qeyri-olimpiya idman növləri federasiyalarının şikayətinə münasibət bildirdi - ÖZƏL

Azərbaycanda bir çox Qeyri-olimpiya İdman Növləri Federasiyalarının rəhbərlərinin Gənclər və İdman Nazirliyi tərəfindən illik ayrılan maliyyə vəsaitinin azlığından şikayətləndiyindən xəbər yayımlamışdıq. Bu məsələyə aydınlıq gətirmək məqsədilə və Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasova müraciət etdik.

Baş İdarə rəisi SİA-ya açqılamasında bildirdi ki, Olimpiya Oyunlarına 1 il qalmış məlum səbəblərə görə əsasən üstünlük Olimpiya hərakatına verilir: "Buna görə, qeyri-olimiya növlərinin ezamiyyət və digər məslələri daha çox Baş İdarənin üzərinə düşür. Bu işlər isə nazirliyin Baş İdarəyə verdiyi tapşıqıqlar əsasında həyata keçirilir. Məlumdur ki, hazırda dünyada yalnız karatenin müxtəlif növlərinin 100 federasiyası var. Digər qeyri-olimpiya növlərini də bunun üstünə gələndə böyük bir rəqəm alınır. İlbəil çaılışılır ki, proiritet əsasında bütün idman növlərinə köməklik daha da artsın. Əgər ötən il paytaxt idarəsi 50 idman növü üzrə işlərini qurmuşdusa (32-i olimpiya idman növüdür), bu rəqəm bu il göstərici 70-dir. Növbəti ildə isə bu fəaliyyət isə 80-84 idman növünü əhatə edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə