Ronaldo 5 böyük liqada 400 qol vuran ilk futbolçu oldu!

Karyerasına Juventus-da davam edən portuqaliyalı superulduz yeni rekorda imza atıb. Offsideplus.az xəbər verir ki, Juventus-Genoa matçında qol vuran Kriştiano Ronaldo 5 böyük liqada 400 qola imza atan ilk futbolçu oldu.

Portuqal futbolçu İngiltərə Premyer Liqasında Manchester United forması ilə 84, İspaniya La Liqasında Real Madrid ilə 311, İtaliya A Seriyasında isə hazırkı klubu Juventus ilə 5 qola imza atıb. Qeyd edək ki, Ronaldonun ən yaxın izləyicisi 389 qola imza atmış Lionel Messidir.

Bütün xəbərlər Facebook səhifəmizdə