Dekabrın 16-da Azərbaycan idmançısı Vüqar Cavadov WBKF versiyası üzrə peşəkar kikboksinq üzrə dünya çempionu adı uğrunda mübarizəyə başlayacaqdır.
SİA-nın xəbərinə görə, Vüqar Cavadov 2010-cu ilin dünya çempionu, WUSHU üzrə 2009-2010-cu illərin ölkə çempionu, WIKBF üzrə 2010-cu ilin Avropa çempionudur.
Dünya çempionu adı uğrunda mübarizə Moskva vilayətinin Odinsovo şəhərində keçiriləcəkdir. Yarışmada V.Cavadovla yanaşı, Pavel Juravlyov (Ukrayna), Yevgeni Orlov (Rusiya), Prints Əli (İran) və başqaları iştirak edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB