“Ayntraxt” - “Fortuna” matçında 8 qol

Almaniya Bundesliqasında 8-ci tura start verilib. SİA-nın məlumatına görə, ilk oyun günündə bir görüş keçirilib. Frankfurt "Ayntraxt"ı evdə Düsseldorf "Fortuna"sı ilə qarşılaşıb. Meydan sahibləri bu görüşdə darmadağınla qalib gəliblər - 7:1. Luka Yoviç 5 qol vuraraq penta-trikə imza atıb.

19 oktyabr
“Ayntraxt” - “Fortuna” 7:1

Qollar: Haller, 20, 50, Yoviç, 26, 34, 55, 69, 72 – Lukebakio, 53.

Turun digər oyunları bu gün və sabah keçiriləcək.

Qeyd edək ki, turnir cədvəlinə 17 xalla Dortmund “Borussiya”sı başçılıq edir. “Leyptsiq”, “Borussiya” (Münhenqladbax), “Verder” və “Herta” isə 14 xalla 2-4-cü yerləri bölüşür.

Bütün xəbərlər Facebook səhifəmizdə