Beynəlxalq Şahmat Federasiyası (FİDE) öz reqlamentinə dəyişikliklər edilməsini qərara alıb. SİA FIDE-nin mətbuat xidmətinə istinadla xəbər verir ki, həmin dəyişikliklərə əsasən, eyni bir şəxsin bu təşkilatın prezidenti vəzifəsində səlahiyyətləri iki müddətlə məhdudlaşdırılır..
Qeyd edilir ki, həmin qərar FIDE-nin bu il oktyabr ayında Gürcüstanın Batumi şəhərində keçirilmiş baş assambleyasında qəbul edilib.
Xatırladaq ki, FIDE-nin indiki prezidenti rusiyalı Arkadi Dvorkoviç təşkilatın Batumidə keçirilmiş konqresində dörd il müddətinə seçilib.
FIDE-nin əvvəlki prezidenti Kirsan İlyumjinov bu təşkilata 1995-ci ildən rəhbərlik edirdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB