"Simurq" növbəti oyuna hazırlaşır

"Simurq" növbəti oyuna hazırlaşır

Azərbaycan Premyer Liqasının XVIII turunda Tovuzda yerli "Turan" komandasının qonağı olacaq "Simurq" bazar günü keçiriləcək oyunun hazırlıqlarını davam etdirir.

Peşəkar Futbol Liqasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, qarşıdakı oyuna yüksək əhval-ruhiyyədə hazırlaşan baş məşqçi Cokiça Hadziyevskinin yetirmələri "Turan"la oyunda qələbə hədəfləyir.

Qış transfer dövründə heyətini bir neçə təcrübəli futbolçu ilə gücləndirməyi düşünən Zaqatala təmsilçisinın təlim-məşq prosesini harada keçirəcəyi MOİK-lə oyundan sonra məlum olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə