"Neftçi"nin futbolçusu Denis Silva dekabrın 18-də Azərbaycan Premyer Liqasının 18-ci turunda "Gəncə" ilə keçiriləcək oyun haqda fikirlərini bildirib. SİA-nın xəbərinə görə, "Neftçi" klubunun rəsmi saytına açıqlamasında braziliyalı müdafiəçi bildirib ki, "Gəncə" çox güclü komandadır: "Onlar doğma meydanda oynayacaqlarından, qarşılaşma çətin keçəcək. "Gəncə" "altılıq" uğrunda mübarizə aparır və turnir cədvəlində irəliləmək istəyir. Buna görə də rəqib də 3 xal üçün mübarizə aparacaq. Əsas heyətin üzvlərindən zədəli olanları var. Buna baxmayaraq, düşünürəm ki, onları əvəz edəcək futbolçular komandaya kömək ola biləcəklər və biz Gəncədən 3 xalla ayrılacağıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB