“Çalışacağıq ki, “İnter”ə qarşı yaxşı oyun göstərib, qələbə qazanaq”

“Çalışacağıq ki, “İnter”ə qarşı yaxşı oyun göstərib, qələbə qazanaq”

Azərbaycan Premyer Liqasının 18-ci turunun "Bakı"-"İnter" oyununun hazırlıqlarını davam etdirən "Bakı" bü günü iki məşqlə başa vurub. SİA-nın xəbərinə görə, komandanın moldovalı müdafiəçisi Vadim Borets "İnter"ə qarşı oyunun maraqlı keçəcəyini düşünür: "Neftçi"yə qarşı kompakt oyun sərgilədik. Rəqibə qol vəziyyətləri yaratmaq üçün, demək olar ki, heç bir şans vermədik. Yaxşı oynayıb, layiqli qələbə qazandıq. Hamı meydanda can qoydu. Heç kim bu oyuna etinasız yanaşmadı. Növbəti oyun daha da məsuliyyətlidir. Çünki biz çempionatın əvvəlində çox xallar itirmişik. Ona görə də bizim üçün "İnter" və ya MOİK-ə qarşı oyunlar arasında heç bir fərq yoxdur. Bizə bütün oyunlarda qələbə lazımdır.

Əsas məqsədimiz xal qazanmaqdır. Çalışacağıq ki, "İnter"ə qarşı yaxşı oyun göstərib, qələbə qazanaq. "İnter" güclü rəqibdir, maraqlı oyun olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə