AZAL-ın kapitanı hələ də məşqlərə çıxmır

AZAL-ın kapitanı hələ də məşqlərə çıxmır

"İnter"lə oyunda ayağından ciddi zədə alan AZAL-ın kapitanı Aqil Nəbiyev hələ də məşqlərə çıxmır. AZAL-ın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, zədə səbəbindən milli komandanın təlim-məşq toplanışına qatıla bilməyən təcrübəli futbolçu müalicəsini davam etdirir.

Həkimlər onun iki gündən sonra fərdi məşqlərə başlaya biləcəyini bildirirlər. Ona görə də Aqilin Premyer Liqanın növbəti turunda meydançaya çıxması sual altına düşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə