Abbas Ağalarovun xatirəsinə həsr olunmuş boks üzrə beynəlxalq turnir start götürüb
Bakı İdman Sarayında Abbas Ağalarovun xatirəsinə həsr olunmuş gənclər arasında boks üzrə beynəlxalq turnir start götürüb. SİA-nın xəbərinə görə, yarışda 7 ölkəni – Azərbaycan, Qazaxıstan, Rusiya, Özbəkistan, Çin, İrlandiya və Gürcüstanı təmsil edən 89 idmançı mübarizə aparır. Turnirdə respublikamızın 31 dəri əlcək ustası gücünü sınayır. Yarışın ilk günündə qeydə alınan nəticələr:
49 kq Şaxobiddin Zoirov (Özbəkistan) 6-2 Kənan Hüseynəliyev (Azərbaycan)
49 kq Nikita Fedorçenko (Rusiya) 0-2 Jomat Erjan (Qazaxıstan)
49 kq Orxan Süleymanov (Azərbaycan) 0-7 Allahşükür Xanımalıyev (Azərbaycan)
52 kq Həmid Əliyev (Azərbaycan) 2-5 Kamran Orucov (Azərbaycan)
52 kq Umirzak Xudaybergenov (Qazaxıstan) 1-4 Fərid İsmayılov (Azərbaycan)
56 kq Rabadan İsmayılov (Rusiya) 3-0 Sahil Abbasov (Rusiya)
56 kq Salman İbrahimov (Azərbaycan) 3-3 İlkin Quliyev (Azərbaycan) qələbə Quliyevə verilib
56 kq Elvin Mirzəbəyli (Azərbaycan) 6-5 Adilxan Skakov (Qazaxıstan)
60 kq Muslim Abakarov (Rusiya) 6-7 Elvin Əhmədli (Azərbaycan)
60 kq Maksim Şmiqlyov (Rusiya) 0-3 Djakibek Adjibayev (Qazaxıstan)
60 kq Novruzəli Əliyev (Azərbaycan) 8-3 Məhəmməd Nəsirov (Azərbaycan)
60 kq Şahmar Əliyev (Azərbaycan) 4-6 Salavat Murzabayev (Qazaxıstan)
60 kq Yusif Abdraxmanov (Özbəkistan) 1-8 Pərviz Bağırov (Azərbaycan)
60 kq İrakli Melikişvili (Gürcüstan) 1-4 Serik (Çin)
64 kq Rüfət Hacıyev (Azərbaycan) 2-4 Elvin İbrahimov (Azərbaycan)
64 kq Coşqun Əliyev (Azərbaycan) 13-2 Daviti Kaxriaşvili (Gürcüstan)
64 kq Ruslan Urix (Rusiya) 11-7 Roman Jaylyavov (Qazaxıstan)
64 kq Akmal Kosimov (Özbəkistan) – Rəşad Allahverdiyev (Azərbaycan) Kosimov nokautla qələbə qazanıb
69 kq Sinan Şəbiyev (Azərbaycan) 5-8 Sərdar Alişerov (Özbəkistan)
69 kq Meyerim Nursultanov (Qazaxıstan) 1-1 Abdulcabbar Həsənov (Rusiya) qələbə Nursultanova verilib
91 kq Heydər Heydərov (Azərbaycan) 3-8 İvan Veryasov (Rusiya)
Turnirə dekabrın 18-də yekun vurulacaq. Qeyd edək ki, əməkdar məşqçi Abbas Ağalarov Azərbaycan boksunun banisi hesab olunur. Onun xatirəsinə həsr olunmuş ilk yarış 1972-ci ildə keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB