Azərbaycan yığması Tokiyoda təlim-məşq toplanışı keçir

Azərbaycan yığması Tokiyoda təlim-məşq toplanışı keçir
Tokioda keçirliən cüdo üzrə "Böyük dəbilqə" turniri başa çatdıqdan sonra Azərbaycan yığma komandası sözügedən şəhərdə təlim-məşq toplanışına başlayıb. SİA-nın məlumatına görə, hazırlıq prosesində yarışda iştirak etmiş idmançılarımız Elxan Məmmədov (90 kq), Elmar Qasımov (100 kq), Kifayət Qasımova (57 kq) və Ramilə Yusubova (63 kq) iştirak edirlər. Xatırladaq ki, "Böyük dəbilqə"də ən yaxşı nəticəni xanım cüdoçumuz Kifayət Qasımova (57 kq) göstərib. O, turnirin bürünc medalını qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə