Azərbaycan Kapoeyra Federasiyası 2010-da Azərbaycan idmanına nə verib? - ÖZƏL

Azərbaycan Kapoeyra Federasiyası 2010-da Azərbaycan idmanına nə verib? - ÖZƏL

Azərbaycan Kapoeyra Federasiyasının Azərbaycan idmanına 2010-cu ildə nə verib? Bu sualla qurumun prezidenti Taleh Orucova müraciət etdik. T.Orucov 2010-cu ilin yekunları ilə bağlı SİA-ya verdiyi açıqlamada ilin ən uğurlu nəticələrindən və ümumi işlərdən danışdı:

"2010-cu ilin aprel ayında Azərbaycan çempionatı, iki dəfə isə kəmər imtahanları oldu. Oktyabr ayında Şəkidə Azərbaycan Kuboku yarışları təşkil etdik. Yeganə il oldu ki, həm Avropa, həm də Dünya Çempionatında iştirak etdik. Təəssüf ki, hakim ədalətsizliyinə görə, Avropa Çempionatında nəticə göstərə bilmədik. Dünya Çempionatında isə hamızımızın çox şey gözlədiyi Elmar Bayramov mükafatçılar arasına düşə bilmədi. Ancaq 14 yaşlı idmançılar arasıda dünya çempionatında Azərbaycan idmançısı Fərid Səlimov ikinci oldu. Bu, yığma komandamız üçün ilin ən yaxşı nəticəsidir".

Federasiya prezidenti daha sonra 2011-ci ildəki planlardan söz açdı:

"2011-ci ildə fevral ayında Bakı birinciliyi keçirəcəyik. Aprel ayında Azərbaycan çempionatı, may ayında isə kəmər imtahanları olacaq. Mayda həm də Parisdə Avropa çempionatına qatılacağıq. Bir müddət sonra isə Braziliyaya Dünya Çempionatına yollanacağıq. Daha sonra isə yenə də kəmər imtahanları keçiriləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə