“Sportinq”də zədə "epidemiyası"...

Portuqaliya “Sportinq”i zədə üzündən ciddi problemlərlə üzləşib. Belə ki, klubun bir neçə futbolçusu zədəlidir. “A Bola” nəşrinin yazdığına görə, Lissabon təmsilçisinin son olaraq brazilyalı hücumçusu Rafinya sıradan çıxıb.

O, sol ayağının bud əzələsindən xəsarət alıb. 21 yaşlı oyunçunun oktyabrın 20-də Portuqaliya Kubokunda “Lores” klubuna qarşı səfər matçını buraxacağı dəqiqləşib. Komandanın bugünkü məşqini zədə səbəbindən Bas Dost, Jeremi Matyö, Luis Maksimiano da buraxıb. Matyö Avropa Liqasının 3-cü turunda “Arsenal”la ev oyununu da buraxacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə