Alberto Moreno bu yay "Liverpul"dan ayrılacaq?

Alberto Moreno bu yay "Liverpul"dan ayrılacaq?

"Liverpul"un futbolçusu Alberto Moreno bu yay İngiltərə klubundan ayrılacaq. Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, 26 yaşlı müdafiəçi ilə bu mövsümün sonu başa çatacaq müqavilənin müddətinin uzadılması ilə bağlı danışıqlar uğursuz nəticələnib.

Xəbərdə A.Morenonun start heyətdə ona az şans verilməsindən narazı olduğu bildirilib. Qeyd edək ki, A.Moreno 2014-cü ildən "Liverpul"da oynayır.

Bütün xəbərlər Facebook səhifəmizdə