“Barselona”nın zədəli futbolçusu Tomas Vermalenin durumuna aydınlıq gəlib. Klubun saytında yer alan xəbərə görə, bu gün tibbi müayinədən keçən 32 yaşlı müdafiəçinin 6 həftə yaşıl meydanlardan kənarda qalacağı məlum olub. Qeyd edək ki, Belçika millisinin üzvünün İsevçrə ilə oyunda əzələsi dartılıb.
Əlavə edək ki, Vermalen La Liqada “Sevilya”, “Real” və “Atletiko”, Çempionlar Liqasında “İnter”lə oyunu buraxacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB