Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında qızıl medal qazanan güləşçimiz Turan Bayramov (65 kq) qələbəsini şərh edib. SİA-nın məlumatına görə, sərbəst güləşçimiz rahat çempion olduğunu bildirib: "İnanırdım ki, finala vəsiqə qazanacağam. Qrupdakı görüşlərim çox da çətin keçmədi. Finaldakı rəqib güclü olsa da, ona da çox rahat qalib gəldim. Sevincimin həddi-hüdudu yoxdur. Hisslərimi anlaya bilmirəm. Üzərimdə əziyyəti olan şəxslərə minnətdarlığımı bildirirəm. Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi və Azərbaycan Güləş Federasiyasına təşəkkür edirəm”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB