2010-cu il Azərbaycan Bilyard Federasiyası üçün uğursuz olub - ÖZƏL
"2010-cu il yığma komandamız üçün uğursuz olub". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Bilyard Fedarasiyasının baş katibi Firudin Ələsgərov deyib. Onun sözlərinə görə, idmançılarımız 2010-cu ildə heç bir uğurlu nəticəyə imza ata bilməyiblər. Baş katib qeyd edib ki, Azərbaycan kiy ustaları Dünya və Avropa çempionatlarında iştirak etmələrinə baxmayaraq, heç bir nəticə əldə edə bilməyiblər.
Uğursuzluğun səbəbini isə o, bu idman növünün qurğularının dünya standartlarına uyğun gəlmədiyi, bilyard stollarının örtüklərinin lazımi səviyyədə olmadığı ilə əalqələndirib.
Daha sonra isə F.Ələsgərov Azərbaycanda bilyar idman növünə ayrılan maliyyədən şikayətlənib: "Bu, qeyri-olimpiya növü olduğuna görə nazirlikdən bizə maliyyə vəsaiti az ayrılır. Dünya və Avropa çempionatlarından başqa, beynəlxalq yarışlara qatıla bilmirik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB