"Bu komandaya, futbolçulara inanmaq lazımdı"

"Bu komandaya, futbolçulara inanmaq lazımdı"

"Qələbə qazana bilməsək də, buna nail olmaq üçün bütün gücünü meydanda sərf etdiyinə görə futbolçularıma təşəkkür edirəm. Məğlub olsaydıq belə, onlardan razı qalacaqdım."

Bu sözləri UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində oktyabrın 14-də Bakı Olimpiya Stadionunda Malta yığması ilə qarşılaşan Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanov oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.

Mütəxəssis bildirib ki, futbolçularda müəyyən qədər gərginlik var idi: "Ancaq epizodlara görə onlara hansısa iradlar bildirmədim. Bu gün qələbə qolunu vura bilmədik. Oyun sürətli keçdi, xeyli sayda hücumlar quruldu. Komandam sona qədər dayanmadan mübarizə apardı. Artıq futbolçularımız da 90 dəqiqə mübarizə aparmağa öyrəşiblər. Bu komandaya, futbolçulara inanmaq lazımdı. Onların hər biri kifayət qədər məsuliyyətlidirlər."

Qeyd edək ki, Azərbaycan-Malta oyunu 1:1 hesabı ilə başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə