Qadın həndbolçular arasında Azərbaycan çempionatında ikinci tur çərçivəsində növbəti oyunlar keçirilib.
SİA-nın məlumatına görə, Azərbaycan Həndbol Federasiyasından bildirilib ki, "Abu Arena"da keçirilən günün ilk oyununda "Gənclər Birliyi" və "Azərsu" komandaları üz-üzə gəliblər. Son çempion "Azərsu" rəqibini 51:21 hesabı ilə asanlıqla məğlub edib.
Turun mərkəzi oyununda isə "Azəryol" və "Qarabağ" komandaları qarşılaşıblar. Gərgin keçən matç "Azəryol"un qələbəsi ilə yekunlaşıb – 26:20.
Qeyd edək ki, noyabrın 20-də ölkə çempionatında növbəti oyunlar keçiriləcək. Həmin gün "İdman Akademiyası" komandası "Gənclər Birliyi", "Azərsu" isə "Azəryol"la üz-üzə gələcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB