Tyerri Anri “Monako”nun baş məşqçisi oldu!

Tyerri Anri “Monako”nun baş məşqçisi oldu!

Futbol üzrə Fransa yığmasının sabiq futbolçusu Tyerri Anri “Monako”nun baş məşqçisi təyin olunub. Fransız klubunun rəsmi saytında yer alan məlumata görə, 41 yaşlı mütəxəssislə 2021-ci ilin iyun ayınadək müqavilə bağlanılıb. O, bu postda Leonardu Jardimi əvəzləyib.

Qeyd edək ki, Anri peşəkar futbolçu karyerasına da “Monako”da başlayıb. O daha sonra İtaliyanın “Yuventus”, İngiltərənin “Arsenal”, İspaniyanın “Barselona” və ABŞ-ın “Nyu-York Red Bullz” komandalarının formasını geyinib. 2015-ci ildə “Arsenal”da məşqçiliyə başlayan sabiq forvard Belçika millisində baş məşqçi Roberto Martinezin köməkçisi vəzifəsində çalışırdı.

Bütün xəbərlər Facebook səhifəmizdə