UEFA Millətlər Liqasının 4-cü turunda millimizin qonağı olacaq Malta yığması Bakıda ilk məşqinə çıxıb. SİA-nın Malta Futbol Federasiyasının saytına istinadən yaydığı xəbərə görə, məşq "Neftçi”nin ev oyunlarını keçirdiyi "Bakcell Arena”da olub. Hazırlıqda 3-cü turda Kosovo ilə matçda oynamayanlar iştirak edib, digərləri isə oteldə bərpa məşğələləri keçib.
Xəbərdə o da qeyd olunub ki, futbolçu Jozef Zerafanın artıq cəzasının müddəti başa çatıb. Kosovo ilə qarşılaşmada qırmızı vərəqə alan kapitan Maykl Mifsudun isə bu matçda iştirak edə bilməyəcəyi vurğulanıb. Digər oyunçuların hazır olduğu bildirilib.
Qeyd edək ki, Azərbaycan - Malta görüşü sabah saat 20:00-da başlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB