"İnter" Modriçi transfer etməyəcək

"İnter" Modriçi transfer etməyəcək

İtaliyanın "İnter" klubunun idman direktoru Pyero Ausilio komandasının növbəti transfer pəncərəsi üçün planlarını açıqlayıb. SİA-nın məlumatına görə, Ausilio bildirib ki "Real Madrid"in xorvatiyalı ulduzu Luka Modriçi transfer etməyəcəklər: “Bizim güclü heyətimiz var. Hazırda yeni oyunçular axtarışındayıq. Bir çox oyunçular var ki onların hər oyununu izləyirik. Modriçin transferi bizə lazım deyil. Hansı oyunçu lazım olduğunu bilirik. Əsas məqsədimiz keyfiyyətli futbolçu transfer etməkdir”.

Xatırladaq ki, yay transfer pəncərəsində "İnter" Luka Modriç üçün bir neçə təklif göndərsə də, "Real Madrid"in prezidenti Florentino Perez xorvat futbolçunu satmaqdan imtina etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə