Mauro İkardi “İnter”in yeni müqavilə təklifini rədd edib

Mauro İkardi “İnter”in yeni müqavilə təklifini rədd edib

İtaliyanın “İnter” futbol klubunun hücumçusu Mauro İkardi klubla müqaviləsinin müddətini uzatmaqdan imtina edib. “Footballhd.ru” xəbər verir ki, buna səbəb “Real Madrid” və “Mançester Yunayted” klublarının 25 yaşlı argentinalı futbolçu ilə maraqlanmasıdır. M.İkardinin “İnter” ilə hazırkı müqaviləsinin müddəti 2021-ci ildə başa çatacaq. Müqavilənin qiyməti 96 milyon avro təşkil edir.

Futbolçu cari mövsümdə “İnter”in heyətində 8 oyunda 5 qol vurub və 2 məhsuldar ötürmə verib.

Bütün xəbərlər Facebook səhifəmizdə