"Bu təlim-məşq toplanışı yoxlanış xarakteri daşıyırdı. Futbolçular haqqında ayrı-ayrılıqda fikir bildirmək istəmirəm. Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək toplanışa aparacağımız heyəti müəyyənləşdirmək baxımından bu hazırlıq faydalı oldu. Dubaya bəzi yeni oyunçuları aparacağıq. Bu toplanışda həmçinin yeni futbolçunu baxışdan keçirdik". SİA-nın məlumatına görə, bu sözləri mətbuat konfransı keçirən milli komandamızın baş məşqçisi Berti Foqts deyib.
Foqts klub məşqçilərinin fəaliyyətindən narazılıq edib: "Klublar və yığmada keçirilən məşqlər arasında fərq var. Klublarda futbolçular 1-1,5 saat məşq edir ki, bu da çox azdı. Biz beynəlxalq səviyyədə məşq keçirik. Avropada futbolçular gündə 4-5 saat məşq edir".
Alman çalışdırıcının bir müddət əvvəl bəzi klubların yığmanın toplanışlarından narazılıq etməsi ilə bağlı fikirlərə münasibəti belə olub: "Futbolçu gəlib milli komandanın heyətində yorulursa, demək bu onun problemidir. Yığmada yox, klublarda problem var. Klubların yığmadan narazı olması barədə fikirlərdən xəbərim yoxdur. İnanmıram ki, klub məşqçiləri bizdən narazı olsun. Bu yaxınlarda Qurban Qurbanovla da söhbətimiz oldu. O, heç bir narazılıq bildirmədi".
Rauf Əliyevin toplanışa çağırılmasının səbəbləri barədə danışan Foqts onu yoxlamaq istədiyini bildirib: "Rauf Əliyev yaxşı futbolçudu. Amma mən həm onun, həm də digərlərinin hazırlıqlarının hansı səviyyədə olduğunu bilməliyəm".
B.Foqt bildirib ki, 2010-cu ilin ən yaxşı oyunçusu olmağa cəmi 1 namizəd var: "Bu Rəşad Sadıqovdu. O, komandanın lideridir. O ki, qaldı Əfran İsmayılova, onu ilin bəxtsizi adlandırmaq olar. Gənc və istedadlı futbolçudur. İnanıram ki, o zədədən sonra əvvəlki formasını bərpa edib nəyə qadir olduğunu göstərəcək. Rauf Əliyevlə Ruslan Abışovu da qeyd etmək olar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB