Azərbaycan millisində İsveç yığmasında oynayan futbolçu çıxış edə bilər

Azərbaycan millisində İsveç yığmasında oynayan futbolçu çıxış edə bilər
Milli komandamızın heyətində İsveç yığmasında oynayan futbolçu çıxış edə bilər. SİA-nın məlumatına görə, bu barədə bu gün mətbuat konfransı keçirən millimizin baş məşqçisi Berti Foqts deyib.
Foqts adını açıqlamadığı futbolçunun Bakıda doğulduğunu və İsveçin U-21 komandasında oynadığını bildirib: "İsveçdə 1 futbolçu var. Bakıda anadan olub. Əvvəllər İsveçin U-21-də çıxış edib. Onunla söhbət edib, Azərbaycan yığmasında oynamaq istəyib-istəmədiyini öyrənəcəm".

Bütün xəbərlər Facebook səhifəmizdə