Sərbəst, yunan-Roma və qadın güləşi üzrə yığma komandanın üzvləri 2011-ci ilin mühüm beynəlxalq yarışlarına, 2012-ci ildə Londonda keçiriləcək Yay Olimpiya Oyunlarına və digər beynəlxalq yarışlara hazırlığı davam etdirir. SİA-nın xəbərinə görə, hər üç növ yığmamız təlim-məşq toplantısınadır.
Yunan-Roma güləşi üzrə yığmamız baş məşqçi Fərid Mansurov, məşqçilər Akif Əliyev, Vüqar Aslanov və Nurəddin Rəcəbovun başçılığı altında Tofiq Bəhramov adına Respublika Stadionunun yunan-Roma güləşi zalında hazırlığı davam etdirir. 14 güləşçinin iştirak etdiyi TMT dekabrın19-da başa çatacaq.
Sərbəst güləş üzrə yığmamız baş məşqçi Saypulla Absaidov, böyük məşqçi Firdovsi Umudov və məşqçi Aslan Ağayevin rəhbərliyi altında təlim-məşq toplantısındadır. Dekabrın 26-dək davam edəcək toplantıda yığma komandanın 21 üzvü iştirak edir.
Qadın güləşi üzrə yığma komandamız 13 güləşçi ilə böyük məşqçi Kurban Kurbanov, məşqçilər Arif Fərmanov və Sirajuddin Eldarovun rəhbərliyi altında Qusar Olimpiya İdman Kompleksində təlim-məşq toplantısındadır. TMT dekabrın 28-dək davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB