“Yuventus”un hücumçusu Kriştiano Ronaldonun anası Doloreş Aveyru adı təcavüz qalmaqalında hallanan oğluna dəstək olub. Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, o, şəxsi “İnstaqram” hesabında hər şeyin tezliklə qaydasına düşəcəyini yazıb:
“Məndən uzaqda olsan da, dualarım səninlədir. Hər şey qaydasına düşəcək. Tanrı böyükdür”. Qeyd edək ki, Ronaldo Ketrin Mayorqa adlı amerikalı xanıma, eyni zamanda 3 fərqli qadına təcavüz etməkdə günahlandırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB