“Qarabağ”ın “Vorskla” və “Spotinq”lə oyunlarının biletləri satışa çıxarılıb
Ağdamın “Qarabağ” futbol klubunun UEFA Avropa Liqasının qrup mərhələsinin üçüncü və dördüncü turunda Ukraynanın “Vorskla” və Portuqaliyanın “Sportinq” komandaları ilə Bakıda keçirəcəyi oyunların biletləri satışa çıxarılıb. SİA-nın məlumatına görə, ilk öncə Ağdam təmsilçisi oktyabrın 25-də “E” qrupunun üçüncü turunda Bakı Olimpiya stadionunda Ukrayna təmsilçisi ilə qarşılaşacaq. Noyabrın 29-da isə "Qarabağ" Portuqaliyanın “Sportinq” klubunu qəbul edəcək.
Biletlərin qiymətləri sektorlara uyğun olaraq 1, 2, 3, 5 və 10 manat arasında dəyişir. VIP biletlər isə alıcılara 50 manata təklif olunur.
Biletlərin “qara bazar”a çıxarılmasının qarşısının alınması üçün onları ilkin mərhələdə iki satış məntəqəsindən - “Qarabağ” futbol klubunun fan-mağazalarından və Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarından, həmçinin “iticket.az” saytından əldə etmək mümkündür. Biletləri əldə edərkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır. Ətraflı məlumatla iticket.az saytından tanış olmaq mümkündür.
Qeyd edək ki, iki turdan sonra “E” qrupunda aktivlərində altı xalı olan İngiltərənin “Arsenal” və Portuqaliyanın “Sportinq” klubları turnir cədvəlinə başçılıq edirlər. Hesabında xal olmayan “Qarabağ” və “Vorskla” üçüncü və dördüncü yerləri bölüşürlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB