Azərbaycan yığması ABŞ-da keçirilən dünya çempionatında 5 medal qazanıb

Azərbaycan yığması ABŞ-da keçirilən dünya çempionatında 5 medal qazanıb

ABŞ-ın Las-Veqas şəhərində qol güləşi üzrə 32-ci dünya çempionatı keçirilib. SİA-nın xəbərinə görə, 50 ölkənin idmançısının iştirak etdiyi mundialda 80 kq çəki dərəcəsində mübarizə aparan Rüstəm Qurbanov həm sağ, həm də sol əl ilə bütün rəqiblərinə qalib gələrək 2 qızıl medal qazanıb.

Minabəddin Qurbanov (100 kq-dan yuxarı) sağ əl ilə gümüş, sol əl isə bürünc medala sahib olub.

Digər idmançımız 65 kq çəki dərəcəsində yarışan Vadim Əkbərov (sağ əl) isə mundialın üçüncüsü olub.

Yarışda yığma komandamız Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti Cəsarət Əhmədovun rəhbərliyi altında mübarizə aparıb.

Bütün xəbərlər Facebook səhifəmizdə