"Everton" Cenk Tosunla yolları ayıra bilər

"Everton" Cenk Tosunla yolları ayıra bilər

"Everton" hücumçusu Cenk Tosunla yolları ayıra bilər. SİA-nın məlumatına görə, bu barədə "Daily Mirror" xəbər yayıb. Nəşr iddia edir ki, Liverpul təmsilçisi qış transfer pəncərəsində Türkiyə millisinin üzvünü göndərmək istəyir. Cenk "Beşiktaş"a icarəyə veriləcək. Klubun baş məşqçisi Marko Silva 27 yaşlı forvardın performansından məmnun deyil.

Qeyd edək ki, "Everton" ilin əvvəlində Tosunu 24+4 milyon avroya "Beşiktaş"dan transfer etmişdi. Türkiyəli hücumçu cari mövsüm Premyer Liqada 8 oyuna (471 dəqiqə) 1 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə