İspaniya çempionatında ilk məşqçi istefası qeydə alınıb. SİA-nın məlumatına görə, "Ueska" baş məşqçi Leo Frankonu istefaya göndərib. Turnir cədvəlində sonuncu olan komanda 8 turdan sonra cəmi bir oyunda qələbə qazanıb.
Qeyd edək ki, qovulan argentinalı məşqçi yayda klubun sükanı arxasına keçmişdi. Buna qədər "Ueska"nı Rubi çalışdırırdı. Klub məhz onun rəhbərliyi altında İspaniyanın yuxarı divizionuna yüksəlmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB