“Tokio-2020”də də qaçqınlar komandası iştirak edəcək

“Tokio-2020”də də qaçqınlar komandası iştirak edəcək

2020-ci ildə Tokioda təşkil olunacaq XXXII Yay Olimpiya Oyunlarında da qaçqınlar komandası iştirak edəcək. SİA-nın məlumatına görə, bu barədə qərar Beynəlxalq Olimpiya Komitəsinin Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən sessiyasında qəbul olunub.

Qaçqınlar komandası ilk dəfə “Rio-2016” Yay Olimpiya Oyunlarında mübarizə aparıb. Həmin vaxt komandanın heyətində Suriya, Konqo Demokratik Respublikası, Cənubi Sudan və Həbəşistandan 10 atlet yer almışdı.

Qeyd edək ki, qaçqınlar komandası “Rio-2016”da medal qazana bilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə