Millimz dünya çempionatına Türkiyə yığması ilə birlikdə hazırlaşır

Millimz dünya çempionatına Türkiyə yığması ilə birlikdə hazırlaşır

Qadın güləşçilərdən ibarət Azərbaycan yığması İstanbulda təlim-məşq toplanışını davam etdirir. SİA-nın məlumatına görə, Azərbaycan Güləş Federasiyasından bildiriblər ki, oktyabrın 20-dək davam edəcək hazırlıq prosesi Türkiyə millisi ilə birlikdə keçirilir. Baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudov heyətdə yer alan 9 güləşçi ilə bu həftə yüklənmə rejimində məşqləri davam etdirir. İdmançılarımız gündə iki dəfə məşq edirlər. Gələn həftədən isə hazırlıq prosesi yüngülləşəcək və gündə bir məşq olacaq.

Qeyd edək ki, təlim-məşq toplanışı oktyabrın 20-dən 28-dək Macarıstanın paytaxtı Budapeştdə təşkil olunacaq dünya çempionatına hazırlıq xarakteri daşıyır.

Qadınlar oktyabrın 22-25-də yarışacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə