Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatının vaxtı dəyişdirilib

Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatının vaxtı dəyişdirilib

Avropa Gimnastika İttifaqının (UEG) İcraiyyə Komitəsi 2019-cu ildə Bakıda bədii gimnastika üzrə Avropa çempionatının əvvəl nəzərdə tutulandan tez keçirilməsini qərara alıb. SİA UEG-in mətbuat xidmətinə istinadla xəbər verir ki, çempionatın vaxtının dəyişdirilməsi futbol üzrə Avropa Liqasının gələn il mayın 29-da Azərbaycan paytaxtında keçiriləcək finalı ilə bağlıdır.

Əvvəlcə nəzərdə tutulmuşdu ki, 2019-cu ildə Bakıda bədii gimnastika üzrə Avropa çempionatı mayın 31-dən iyunun 2-dək keçiriləcək.

Mətbuat xidmətinin məlumatında deyilir: “İcraiyyə Komitəsi Avropa Futbol Liqasının final mərhələsinin Bakıda keçirilməsi ilə əlaqədar Avropa çempionatının keçirilməsi tarixini dəyişməyi qərara alıb. Avropa birinciliyi mayın 16-dan 19-dək keçiriləcək”.

Xatırladaq ki, 2018-ci ildə bədii gimnastika üzrə Avropa çempionatı İspaniyanın Qvadalaxara şəhərində keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə