“Keşlə” yoxlama oyunu keçirəcək

“Keşlə” yoxlama oyunu keçirəcək

“Keşlə” milli komadamızın oyunları ilə əlaqədar çemponatda yaranan fasilədə yoxlama oyunu keçirəcək. Klubun saytında yer alan xəbərə görə, paytaxt təmsilçisi oktyabrın 13-də birinci divizion təmsilçisi MOİK-lə qarşılaşacaq. Oyun ASK Arena stadionunda keçiriləcək. Matçın başlanma saatı hələlik dəqiqləşməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə