David Alaba zədələnib

"Bavariya"nın aparıcı üzvü David Alaba Bundesliqanın son turunda Münhenqladbax “Borussiya”sına qarşı keçirilən matçda zədələnib. Klubun saytında yer alan xəbərə görə, müdafiəçinin son məşqdə iştirak etmədiyi və zədə səbəbindən Avstriya millisinin düşərgəsinə getməyəcəyi bildirilib. Avstiyalı futbolçunun 20 oktyabrda “Volfsburq”a qarşı keçiriləcək matça qədər hazır olacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə