"Qəbələ"nin futbolçusu Toqo millisinə dəvət alıb

"Qəbələ"nin futbolçusu Toqo millisinə dəvət alıb

"Qəbələ" klubunun futbolçusu Lalavele Atakora Toqo milli komandasına dəvət alıb. 28 yaşlı yarımmüdafiəçi Afrika Millətlər Kubokunun seçmə mərhələsinin D qrupunda Qambiya ilə oyunlar üçün yığmaya çağırılıb.

Qambiyanın heyətində isə "Keşlə"nin yarımmüdafiəçisi Ebrima Sohna komandaya dəvət alan futbolçular sırasındadır. Qeyd edək ki, bu komandalar arasındakı ilk oyun oktyabrın 12-də, növbəti matç isə oktyabrın 16-da keçiriləcək. Hər iki yığma qrupda keçirdiyi iki oyunda bir xal qazana bilib və 3-4-cü yerləri bölüşdürür.

Bütün xəbərlər Facebook səhifəmizdə