"Bavariya" rəhbərliyi baş məşqçi axtarışına çıxıb

"Bavariya" rəhbərliyi baş məşqçi axtarışına çıxıb

Son oyunlarda uğursuz nəticələrlə yadda qalan "Bavariya"da baş məşqçi dəyişikliyi ola bilər. "Bild" nəşri yazır ki, klub rəhbərliyi Niko Kovaça əvəzləyici axtarır. İddiaya görə, hazırda bu vəzifəyə 3 namizəd var: Zinəddin Zidan, Loran Blan və Arsen Venger. Qeyd edək ki, Bundesliqanın son 3 oyununda 1 heç-heçə edib, 2 dəfə məğlub olan Münhen klubu 7 turdan sonra 13 xalla 6-cı pillədədir.

Bütün xəbərlər Facebook səhifəmizdə