"Arsenal"dan 340 milyon avroluq yeni müqavilə

"Arsenal"dan 340 milyon avroluq yeni müqavilə

"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Arsenal" "Adidas" şirkəti ilə müqavilə imzalayıb. İngilis klubunun saytında yer alan xəbərə görə, London təmsilçisinin 2019-cu ilin iyulundan etibarən forma sponsoru "Adidas" şirkəti olacaq. Bu müqavilə ilə "Arsenal"ın 340 milyon avro (ilə təxminən 68 milyon avro) qazanacağı bildirilib. Qeyd edək ki, İngiltərə klubunun hazırkı forma sponsoru "Puma" ilə müqaviləsinin müddəti bu mövsümün sonu başa çatır.

Bütün xəbərlər Facebook səhifəmizdə