“Real” Xuan Lopeteqini Antonio Konte ilə əvəzləyir?

“Real” Xuan Lopeteqini Antonio Konte ilə əvəzləyir?

“Real” hazırkı baş məşqçisi Xuan Lopeteqini vaxtından əvvəl istefaya göndərəcəyi təqdirdə boş qalmış vəzifəyə birinci namizəd kimi Antonio Konteni görür. Bu haqda İspaniyanın AS nəşri məlumat yayıb. Madrid klubunda hesab edirlər ki, italiyalı mütəxəssis hazırda işsiz olan məşqçilər arasında “Real”ın baş məşqçisi vəzifəsinə ən yaxşı namizəddir.

Qeyd edək ki, Lopeteqinin komandası La Liqada son 3 turda qələbə qazana bilməyib və 8 turdan sonra lider “Sevilya”dan iki xal geridə olmaqla 4-cü yerdə qərarlaşıb. Lopeteqinin “Real”dakı taleyi oktyabrın 28-də “Barselona” ilə prinsipial matçdan sonra həll oluna bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə