Futbol üzrə UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində oktyabrın 11-də keçiriləcək Farer adaları - Azərbaycan oyununu idarə edəcək hakimlər müəyyənləşib. SİA-nın məlumatına görə, oyunun baş hakimi rusiyalı Aleksey Yeskov olacaq. Ona həmyerliləri Dmitri Mosyakin və Anton Averianov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Valeri Dançenko yerinə yetirəcək.
Farer adaları - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:45-də Torsvollur stadionunda başlayacaq.
Xatırladaq ki, milli komandamız UEFA Millətlər Liqasının D liqasının 3-cü qrupunda Farer adaları, Malta və Kosovo milliləri ilə mübarizə aparır. İki turdan sonra yığmamız 2 xalla qrupda üçüncü pillədə qərarlaşıb. Sentyabrın 7-də Bakıda Kosovo seçməsi ilə heç-heçə (0:0) edən Azərbaycan yığması üç gün sonra Malta səfərindən bir xalla qayıdıb - 1:1.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB