AFFA-nın təşkilatçılığı ilə 02-06 oktyabr 2018-ci il tarixlərində Ağcabədi rayon Olimpiya İdman Kompleksində 14 yaşlı uşaqlar arasında futbol turniri keçirilib. SİA-nın verdiyi məlumata görə, AFFA-nın prezidenti Rövnəq Abdullayevin bilavasitə təşəbbüsü ilə uşaqlar arasında futbol turnirlərinin keçirilməsi artıq ənənə şəkilini alıb.
Bu turnirlər əsasən cəbhəyanı bölgələrdə təşkil olunub. Turnirdə Ağdam, Füzuli, Xocavənd, Cəbrayıl, Tərtər, Laçın və Ağcəbədi rayonundan 2 komanda olmaqla ümumilikdə 8 komanda iştirak edib. Turnirin keçirilməsində məqsəd uşaq və gənclər arasında futbolun təbliğ edilməsi, futbolun inkişaf etdirilməsi üçün müəyyən seleksiya işlərinin aparılmasıdır. Turnirin yekununda Ağcəbədi komandası I, Füzuli komandası II, Ağdam komandası III yeri tutub.
Qaliblər Kubok və Fəxri Fərmanlarla mükafatlandırılıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB