"Qalatasaray" baş məşqçisi ilə müqaviləni uzatmaq niyyətindədir

"Qalatasaray" baş məşqçisi ilə müqaviləni uzatmaq niyyətindədir

"Qalatasaray" baş məşqçisi Fatih Terimə yeni müqavilə təklif etməyə hazırlaşır. SİA-nın məlumatına görə, klub rəhbərliyi 65 yaşlı mütəxəssislə bu mövsümün sonu başa çatacaq müqavilənin müddətini daha 3 il artırmaq istəyir. Bununla bağlı artıq F.Terimlə danışıqlara başlanılıb. Onunla yaxın günlərdə yeni müqavilə bağlanacağı iddia olunub. Türk çalışdırıcının yeni maaşının illik 3 milyon avro olacağı gözlənilir.

Qeyd edək ki, ötən ilin dekabrında 4-cü dəfə "Qalatasaray”ın baş məşqçisi təyin olunan F. Terimin komandası 2017/2018 Türkiyə Super Liqasının qalibi olub. İstanbul klubu bu mövsüm ölkə çempionatda hazırda 18 xalla liderdir.

Bütün xəbərlər Facebook səhifəmizdə