Mbappe PSJ-nin tarixinə düşüb

PSJ-nin hücumçusu Kilian Mbappe Fransa çempionatında "Lion"la oyunda 4 qol vurub. SİA-nın məlumatına görə, hücumçu Paris klubunun tarixində poker edən 7-ci oyunçu olub. Əvvəllər Neymar, Edinson Kavani, Zlatan İbrahimoviç, Kristiano, Patrisu Loko və Karlos Byanki PSJ-nin heyətində buna nail olub.

19 yaş 9 aylıq Mbappe poker edən ən gənc hücumçu kimi tarixə düşüb. Fransız ölkə çempionatında 45 ildən sonra ən tez qeydə alınan poker müəllifi sayılır. Dörd qol vurmaq üçün Mbappeyə cəmi 13 dəqiqə bəs edib.

Bütün xəbərlər Facebook səhifəmizdə