Bir ay əvvəl idman gimnastikası üzrə ölkənin mütləq çempionu adını qoruyub saxlayan Elvin Ağadədəyev Bakı çempionatında da dubl edib. Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, o, bütün altı aləti yekunda ikinci və üçüncü olan izləyiciləri Uğur Xəlilbəyli və Rəşad Cəfərli ilə müqayisədə səhvsiz keçib.
İdman ustalığına namizədlər arasında qələbəni Mirvaqif Bağırov qazanıb. Birinci dərəcəli gimnastlardan isə Emil Seyidov Bakı çempionu olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB