"Zirə"nin futbolçusu bu il meydana çıxa bilməyəcək

"Zirə"nin futbolçusu bu il meydana çıxa bilməyəcək

"Sumqayıt"la oyunda zədələnərək meydançanı vaxtından əvvəl tərk etmiş "Zirə"nin futbolçusu Vüqar Mustafayevin durumuna aydınlıq gəlib. SİA-nın məlumatına görə, oyundan sonra onun 1 həftə, 10 gün yaşıl meydançalardan kənar qalacağı deyilsə də təkrar müayinə vəziyyətin ciddi olduğunu üzə çıxardıb.

Son məlumata əsasən, V.Mustafayev üçün il bitib və o, yalnız 2019-cu ildə komandaya qoşulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə