Con Terri karyerasını başa vurub

İngiltərə yığması və "Çelsi" klubunun əfsanəvi futbolçusu Con Terri oyunçu karyerasını başa vurduğunu elan edib. SİA-nın məlumatına görə, o bu barədə "İnstagram" profilində paylaşım edib.

"Futbolçu kimi keçirdiyim 23 möhtəşəm ildən sonra qərara gəldim ki, indi karyeramı bitirməyin əsl vaxtıdır".

Futbolçu həyat yoldaşı Toniyə, uşaqlarına, valideynlərinə, qardaşına, qohumlarına və dostlarına dəstəyə görə minnətdarlıq edib. Terri həmçinin komanda yoldaşlarına, məşqçi və menecerlərinə də öz təşəkkürünü bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə