Azərbaycan akrobatları Minskdə yarışıblar

Azərbaycan akrobatları Minskdə yarışıblar

Minskdə tamblinq və akrobatika gimnastikası üzrə "Bondarev Kuboku" beynəlxalq turnirində çıxış etmiş Azərbaycan təmsilçisi Hafiz Rzayev  uğurlu nəticələr əldə edib. Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, o, finalda iki dəfə üç qat saltonu yerinə yetirib, lakin yerə düşəndə səhvə yol verib və nəticədə 5-ci olub.

Aynur Hüseynova və Nərmin Ramazanovadan ibarət gənc akrobatlar qadın cütlüyü beşinci yeri tutaraq, yekun protokolda səkkizinci yeri tutan komanda üzrə rəfiqələrini və daha təcrübəli Afaq Məhərrəmli və Pərizad Quliyeva duetini qabaqlayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə