TPL-in 7-ci turunda qeydə alınan azarkeş sayı bəlli olub

TPL-in 7-ci turunda qeydə alınan azarkeş sayı bəlli olub

Topaz Premyer Liqasının 7-ci turunda qeydə alınan azarkeş sayı bəlli olub. SİA-nın məlumatına görə, turun ilk görüşü "Dalğa Arena" "Zirə" və "Qəbələ" (1:0) arasında baş tutub. Bu qarşılaşmanı stadionda 400 nəfər izləyib.

"Bayıl Arena"da baş tutan "Səbail" - "Sumqayıt" oyununda (2:0) 500, "Neftçi" - "Sabah" qarşılaşmasında (2:0) isə 1000 azarkeş qeydə alınıb.

Beləliklə, Topaz Premyer Liqasının 7-ci turunu cəmi 1900 azarkeş izləyib. Bu isə hər oyuna orta hesabla, 633,3 fanat edir.

Turun "Keşlə" - "Qarabağ" oyunu isə oktyabrın 31-nə təxirə salınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə