"Qarabağ"ımızın "Simurq"u məğlub etməsi bir sıra amillərlə əlamətdardır. SİA-nın xəbərinə görə, bunu "Qarabağ"ın rəsmi saytına açıqlamasında klubun müdafiəçisi Aftandil Hacıyev deyib. Cari mövsüm 3-cü dəfə meydana çıxan Aftandil qol vurmaqla yanaşı əla oyunuyla da "göz" doldurub.
Təcrübəli müdafiəçi qeyd edib ki, komandamızın qələbəsi bizim üçün çox önəml idi: "Admir Telinin zədələnməsindən xəbərim yox idi. Müşfiq müəllim fasilənin sonuna yaxın mənə yaxınlaşaraq, tez hazırlaşmağımı istədi. Oyuna girərkən Qurban müəllim mənə təcili təlimatlarını verdi. İlk andan öz oyunumu oynamağa çalışdım. Çempionatın 2-ci turunda MOİK-lə oyundan sonra zədələnmişdim. Zədəmi sağaltdıqdan sonra "forma" yığmağa vaxt lazım idi. Baş məşqçimiz özü hər şeyi görürdü. Üzərimdə daim çalışıb vaxtımı gözləyirdim".
Onu da qeyd edək ki, 2007-ci ildən "Qarabağ"da çıxış edən 29 yaşlı müdafiəçi 2007-2008 mövsümündən sonra ("Bakı"yla 1:1) ilk dəfə çempionatda qol vurub. Maraqlıdır ki, Hacıyev cari mövsümdə qol vuran ilk müdafiəçimiz olmaqla yanaşı, komandada fərqlənən 5-ci futbolçu olub (Buna qədər Georgi Adamiya, Rəşad Sadiqov, Rauf Əliyev və Emin İmaməliyev fərqlənmişdi). Maraqlıdır, görəsən, Aftandil özü qol vuracağını gözləyirdimi? "Komandamıza qələbə mütləq olaraq lazım idi. Ona görə də təbii ki, qol vurmaq lazım idi. Qol vurulan epizodda standart vəziyyətdən sonra geri qayıtmadım. Cərimə meydançasında gözlədim. Nə deyə bilərəm? Yəqin, qismətimdə qol vurmaq varmış. Komandamız üçün qələbə çox vacib idi. Əsas odur ki, qələbə qazanaraq "6"lıqda qaldıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB